Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-03 15:13:00
ADNSU-nun uğurla təcrübə keçən tələbələrinə sertifikat təqdim olunub

İyunun 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-mexanika fakültəsinin METAK şirkətində təcrübə keçən 14 nəfər tələbəsinə sertifikat təqdim olunub. Bununla bağlı keçirilən tədbirdə universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, METAK şirkətinin istehsalat direktoru Mübariz Əzimov, Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, fakültənin əməkdaşları və tələbələr iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, dosent Qasım Məmmədov ADNSU-da tələbələrin savadlı kadr kimi yetişməsi üçün nəzəri biliklərə xüsusi önəm verilməsi ilə yanaşı, tələbələrin təcrübə keçməsinin də əhəmiyyətindən danışıb. METAK şirkətinin istehsalat direktoru Mübariz Əzimov isə bir ay yarım müddətində qarşılıqlı əməkdaşlıq layihəsi əsasında təcrübəni uğurla keçən tələbələrdən razı qaldıqlarını, onların təcrübəyə çox ciddi yanaşdığı bildirib.