Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-02 17:21:00
Bakıda IV kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbəsi Vəliyeva Mərziyyə Nazim qızı uzun sürən ağır xəstəlikdən vəfat edib.

 

BSU-dan AzEdu.az-a verilən məlumata görə, Mərziyyə Vəliyeva universitetdə oxuduğu müddət ərzində özünü intizamlı, hazırlıqlı, ünsiyyətcil, məsuliyyətli və bacarıqlı tələbə kimi göstərə bilib, yoldaşlarının hörmət və rəğbətini qazanıb.

 

BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri bu acı xəbərdən məyus olduğunu bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

 

Allah rəhmət eləsin!