Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-14 15:46:00
“STP” Şirkətlər Qrupu AzTU-nun tələbələrinə təlim keçib

Azərbaycan Texniki Universitetində (AzTU) “Sumqayıt Texnologiyalar Parkı”nda tələbə və məzunların karyera yolu” mövzusunda təlim keçirilib. Təlim “STP” Şirkətlər Qrupunun əməkdaşları Namiq Ağayev, Sevda Həsənova və Tural Şahbazov tərəfindən aparılıb.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, iştirakçılara “STP” Şirkətlər Qrupuna daxil olan müəssisələrdə karyera imkanları, təcrübə proqramları və digər məsələlər barədə məlumat verilib.

 

İştirakçılara mövzu ilə əlaqədar test sualları təqdim olunub. Testdən yüksək bal toplayan 5 nəfər mükafatlandırılıb.

 

Təlimdə universitetin bütün fakültələrindən tələbələr və məzunlar iştirak ediblər.