Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-12 10:42:00
UNEC-in nümayəndələri Bakı məktəblərində olublar-FOTO

Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) Bakıda və regionlarda daha yaxından tanıtmaq, bölgələrdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə təşkil olunan növbəti görüşləBakı şəhərinin Kimya-biologiya təmayüllü Respublika liseyində, 17, 29, 157 saylı məktəblərində olublar.

 

AzEdu.az xəbər verir ki, “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosenti Azər Mehdiyev və baş müəllimi Ülviyyə Rəsul Bakı şəhəri 157 saylı məktəb, “Riyaziyyat və statistika” kafedrasının müdiri, prof. Natiq Əhmədov və dosent Tapdıq Quluzadə Kimya-biologiya təmayüllü Respublika liseyində, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının dosenti İlhamə Mahmudova və baş müəllimi Zeynəb Qiyasova Bakı şəhər Əhmədli qəsəbəsi 17, 29 saylı məktəblərində abituriyentlərlə görüş keçiriblər.

 

Görüşdə UNEC-in təhsil imkanları barədə məktəblilərə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və məlumat bukletləri paylanılıb.