Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-02 12:30:00
Mingəçevir Dövlət Universiteti Qobustanda innovasiya festivalında təmsil olunub

Qobustan rayonunda keçirilən innovasiya festivalında Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı və “Texnofest - 2022” festivalında Aqrar texnologiyalar müsabiqəsində təmsil olunacaq universitetin 3 komandası iştirak edib.

 

MDU-dan AzEdu.az-a bildiriblər ki, festivalda universitet heyəti aqrar sahəyə aid nümayiş etdirilən bir sıra məhsul və innovativ texnologiyalarla, o cümlədən, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, günəş panelləri, həmçinin yüksək qidalılıq, məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri ilə tanış olublar. Bununla yanaşı, iştirakçılara innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri, ağıllı kənd təsərrüfatı sistemləri barədə məlumat verilib.

 

Festivalda iştirakdan məmnunluğunu bildirən MDU-nun heyət üzvləri tədbiri “Texnofest - 2022”-ə hazırlıq baxımından yüksək dəyərləndiriblər və bütün təşkilatçılara təşəkkürlərini bildiriblər.