Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 15:20:00
Rektor UNEC beynəlxalq konfransının əhəmiyyətindən DANIŞDI

 

"Rəqəmsal iqtisadiyyatla bağlı ikinci konfransa toplaşmışıq. Hazırda buraya 15 ölkədən 181 məqalə daxil olub".

 

AzEdu.az xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov "Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar II" adlı beynəlxalq konfransda deyib.

 

Rektor bildirib ki, konfransda Türkiyə, Rusiya, Özbəkistan, Avropa ölkələri və Baltikyanı ölkələrdən qatılan iştirakçılar var:

 

"Ölkəmizin isə 25 universitetini təmsil edən iştirakçılar konfransda məqalələri ilə çıxış edirlər".