Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 14:40:00
UNEC-də Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən məntiq olimpiadası keçirilib  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan məntiq olimpiadasının yarımfinal mərhələsi keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, Tədris Mərkəzinin, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və UNEC-in təşkilatçılığı ilə keçirilən olimpiadada iştirakçılara məntiqdən 45-i test, 5-i açıq olmaqla 50 sual təqdim edilib.

 

Olimpiadanın yarımfinal mərhələsində iştirak edən 132 tələbədən, 56 nəfəri finala vəsiqə qazanıb