Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-27 13:22:00
AMEA azad edilmiş ərazilərdəki zəhərli ilanlarla bağlı hökumətə sənəd təqdim edib

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

 

Hesabatı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova təqdim edib.

 

O, Qarabağa elmin böyük qayıdışı ilə bağlı görülən işlərdən danışan natiq bölmə əməkdaşlarının Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin işçi qruplarında təmsil olunduğunu, bölgənin su və torpaqlarının, biomüxtəlifliyinin ilkin monitorinqlərinin, müəyyən laborator analizlərinin aparıldığını, işğaldan azad edilmiş ərazilərin reptililər faunası, zəhərli ilanlardan təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərlə bağlı məlumat, təklif və tövsiyələrin arayışlar şəklində hazırlanaraq Nazirlər Kabinetinə və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edildiyini, o cümlədən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsinə təkliflərin, eləcə də Oxçuçay və Bəsitçayda aparılacaq tədqiqatların əhatəli iş planının hazırlandığını vurğulayıb.

 

Report