Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-27 13:08:00
Rasim Əliquliyev: “Normativ-hüquqi sənədlər elmi müəssisələrə problem yaradır"

2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 7 elmi müəssisəsi müqavilələr üzrə 341 min manatlıq iş görüb.

 

Bunu Akademiyanın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev bildirib.

 

"Niyə bu qədər az? Çünki mövcud normativ-hüquqi sənədlər elmi müəssisələrə, onların innovativ fəaliyyətinə ciddi problemlər yaradırlar. Bəzən mövcud olmayan müqavilələr haqqında əvvəlcədən smeta tələb olunur. Qazanılmış məbləğ növbəti ilə keçirilə bilmir, avtomatik olaraq dövlət büdcəsinə köçürülür. Tenderlərdə iştirak üçün vəsait nəzərdə tutulmur. Qazanılan məbləğin xərclənməsində sərbəstlik yoxdur. Bu problemlərdən yan keçmək üçün bəzən müxtəlif üsullardan, qeyri0-qanuni fəaliyyət mexanizmlərindən istifadə edilir", - deyə o, qeyd edib.

 

Report