Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-27 12:51:00
AMEA-nın Yer elmləri bölməsinin qarşısında duran vəzifələr açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Yer elmləri bölməsinin qarşısında duran əsas vəzifələr açıqlanıb.

 

Bu barədə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev Ümumi yığıncaq məlumat verib.

 

O qeyd edib ki, qarşısında duran əsas vəzifələr Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı; Xəzər Hövzəsinin karbohidrogen ehtiyatları: Rəqəmsal tədqiqat üsullarının neft-qaz yataqlarının geologiyasında, axtarışında, kəşfiyyatında və işlənməsində tətbiqi istiqamətində elmi proqramlar hazırlanması; Xəzər Regionunun (Abşeron y/a): geodinamiki və seysmik təhlükələrinin öyrənilməsi; İqlim dəyişmələri və karbon qazı problemi. Atmosferə atılan karbon dioksidin tutularaq neft yataqlarının qalıq ehtiyatlarının çıxarılmasında istifadəsi metodologiyasının işlənməsi və ekoloji aspektlərin tədqiqi; Paleontologiya - Azərbaycanda qazıntı halında tapılan onurğalılarının öyrənilməsi. Azərbaycanın paleontoloji muzeyinin atlasının yaradılmasıdır (Təbiət Tarixi Muzeyi).

 

APA