Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-27 11:42:00
Tələbələrin yaz düşərgəsində xüsusi təlimlər təşkil ediləcək

Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə aprelin 29–dan mayın 3-dək Quba rayonunda tələbələrin yaz düşərgəsi təşkil ediləcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, düşərgənin keçirilməsində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.

 

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında təhsil alan III və IV kurs tələbələri, həmçinin magistrantlar iştirak edəcəklər. Düşərgə çərçivəsində tələbələr üçün təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər təşkil ediləcək. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin müxtəlif idman və bilik yarışları keçiriləcək.