Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 16:26:00
Veb-proqramlaşdırma sahəsində təhsil alan tələbələrlə görüş keçirilib  

Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən “Code for future” layihəsi üzrə veb-proqramlaşdırma sahəsində təhsil alan tələbələrlə görüş keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə müxtəlif şirkətlərin informasiya texnologiyaları sahələrinin qabaqcıl mütəxəssisləri tələbələrə dünya və öz təcrübələri barədə danışıb, lazımi məsləhətlər veriblər. Tələbələri maraqlandıran suallar cavablandırılıb.