Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-25 16:59:00
Qazaxıstanda təqaüdlə təhsil almaq imkanı  

Qazaxıstanın Elm və Təhsil Nazirliyi Azərbaycan vətəndaşları üçün 2022-2023-cü tədris ili üzrə təqaüd proqramına sənəd qəbulu aparır.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair 2017-ci il 3 aprel tarixli müqaviləyə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

 

Təqaüd proqramına aprelin 30-dək müraciət etmək olar. Proqram haqqında ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.