Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-22 16:09:00
Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə hesabatvermə görüşü keçirilib

Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) qalib olduğu “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsinin hesabatvermə görüşü keçirilib. Hesabatlılıq görüşü, “Microsoft Teams” platforması üzərindən onlayn şəkildə keçirilmişdir. 

 

AzEdu.az xəbər verir ki, görüşdə Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələri təhsil nazirinin müşaviri Nicat Məmmədli, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Elm, ali, orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vusalə Qurbanova, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərinin icraçısı, baş məsləhətçi Vüsalə Əliyeva, mütəxəssisi Ruziyyə Məmmədzadə, eləcə də Azərbaycan Texniki Universitetinin layihə işçi heyəti iştirak etmişdir.
Hesabatlılıq görüşündə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov təqdimatla çıxış edərək layihədə nəzərdə tutulan tapşırıqlar, komponentlər üzrə fəaliyyətlərin icra vəziyyəti, nailiyyətləri və riskləri haqqında ətraflı məlumat verib. Daha sonra bildirib ki, layihə çərçivəsində professor-müəllim heyətinin elmi potensialını artırmaq məqsədi ilə 12 nəfər xarici ölkələrin qabaqcıl universitetlərində təcrübə mübadiləsində iştirak edəcək və tədqiqatlara cəlb olunacaqlar.

Daha sonra, Azərbaycan Texniki Universitetinin rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev layihə çərçivəsində işlənməsi icra edilən universitetin elektron təhsil platformasının funksionallıqları, işlənmə vəziyyəti və tamamlanma müddəti barədə təqdimat üzərindən ətraflı məlumat vermişdir.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov layihə icraçılarına icra müddətində və hesabatlılıqda nəzərə alınmalı olduqları tövsiyyələrini bildirdikdən sonra, görüş sual –cavab formatında davam etdirilmişdir.

Layihə çərçivəsində növbəti hesabatlılıq görüşünün mayın sonunda keçirilməsi nəzərdə tutulur və layihə üzrə görüləcək işlərin 1 sentyabr tarixinə qədər yekunlaşdırılması hədəflənib.