Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-22 13:39:00
Məktəblinin intihar səbəbi nə olub?-AÇIQLAMA

 

Ağdam rayonunun Üçoğlan kəndində məktəbli qızın intihar etməsilə bağlı məlumat yayılıb.

 

Məlumata əsasən, 2005-ci il təvəllüdlü Gültac Oruc qızı Əhmədova Ağdam rayon Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta məktəbinin 11-ci sinifində təhsil alırmış.

 

Hadisə ilə bağlı Ağdam rayon Təhsil Şöbəsinin nümayəndəsi Sevinc Bayramova  AzEdu.az-a açıqlamasında intiharın səbəbinin hələ məlum olmadığını bildirib:

 

“Şagird aprelin 21-i gecə yarı evlərinin həyətində özünü asaraq intihar edib. İntiharın səbəbi məlum deyil. Hazırda Ağdam rayon prokrorluğu faktla bağlı araşdırma aparır, yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək. Şagirdin təhsili ümumilikdə qənaətbəxş idi. Amma digər detallarla bağlı yaxın günlərdə məlumat veriləcək”.