Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-21 17:18:00
TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsinə başlanılıb  

Azərbaycan TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsində iştirak edir. Bu tədqiqat Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, TIMSS (Trends in Mathematics and Science Study) qiymətləndirməsi Azərbaycanda ilk dəfə olaraq kompüter əsaslı keçiriləcək. Bu qiymətləndirmə dövründə digər bir yenilik ondan ibarətdir ki, VIII sinif şagirdləri də qiymətləndirməyə qatılacaqlar.

 

Respublika üzrə 30 məktəbin 39 sinfindən 945 nəfər IV sinif şagirdi və 30 məktəbin 57 sinfindən 1271 nəfər VIII sinif şagirdi qiymətləndirmədə iştirak üçün seçilib. Şagirdlər 2 hissədən ibarət (bilik testləri və sorğu) sessiyada iştirak edəcəklər. Eyni zamanda, məktəb direktorları, müəllimlər və IV sinif şagirdlərinin valideynləri də sorğuya cəlb olunacaqlar.

 

Qiymətləndirmədə iştirak üçün seçilən məktəblərin hər biri lazım olan minimal sayda kompüterlə və internetə çıxışla təmin edilib.