Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-20 15:29:00
“Musiqiçilərin pedaqoji ustalığı” birinci beynəlxalq festival-müsabiqə keçirilir  

Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin təşkilati və informasiya dəstəyi ilə “Musiqiçilərin pedaqoji ustalığı” birinci beynəlxalq festival-müsabiqə keçirilir. Festival-müsabiqə Bakı Musiqi Akademiyasının (BMA) 100 və akademiyanın nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının 40 illiyinə həsr olunur.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd müxtəlif ölkələrin istedadlı musiqiçiləri arasında əlaqələrin yaxınlaşması və genişləndirilməsidir. Eyni zamanda, ibtidai, orta və ali təhsil müəssisələrində bütün fənlər üzrə ümumi və peşəkar musiqi təhsilinin həm yerli, həm də xarici müəllimlərin qabaqcıl təcrübələrinin qarşılıqlı mübadiləsidir. Festivalda iş stajından və mövcud ixtisas kateqoriyasından asılı olmayaraq, yaş məhdudiyyəti olmadan bütün müəllimlər, müsabiqədə isə (festival çərçivəsində) 50 yaşa qədər müəllimlər iştirak edə bilərlər.

 

Festival-müsabiqədə iştirak etmək istəyənlər sənədlərini aprelin 30-dək musicstudiobaku@ hotmail.com elektron ünvanına göndərməlidir. Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.