Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-20 11:49:00
Buraxılış imtahanlarının nəticəsi necədir? - Təhsil İnstitutunun direktoru ilə MÜSAHİBƏ

 

 

Son zamanlar ictimaiyyətdə buraxılış imtahanları ilə bağlı tənqidi fikirlər yaranmağa başlayıb.

 

Xüsusilə 9-cu sinif şagirdləri arasında keçirilən buraxılış imtahanlarında çətinlik yaradan situasiya tipli sualların olması, riyazıyyat fənni və ingilis-dilindən dinləmə mətinləri ilə bağlı yaranan problemlər ciddi narazılıq yaradıb. Tənqid hədəfi olan imtahan sullarının çətinliyi ilə bağlı müəyyən islahatların aparılmasına ehtiyac olduğu bildirilir.

 

AzEdu.az məsələ ilə bağlı Təhsil İnstitutunun direktoru Rüfət Əzizovla müsahibəni təqdim edirik:

 

- Hər il buraxılış imtahanları ilə bağlı söz-söhbətlər yayılır. Diqqət mərkəzinə isə imtahanların çətinliyi gətirilir. Keçirilən imtahanları necə dəyərləndirirsiniz və əsas çətinliklər nədən ibarət olub? 

 

 

- Hər il buraxılış imtahanlarının nəticələri təhlil olunur və hər tədris ilinin əvvəlində, sentyabr konfransında həmin nəticələr direktorlara, rayon təhsil şöbələrinə təqdim olunur və çatışmayan cəhətlər göstərilir.

 

Buraxılış imtahanlarının nəticələri bizim üçün çox vacibdir. Xüsusilə 9-cu sinifdə keçirilən buraxılış imtahanları məktəblərimizin nə vəziyyətdə və orada hansı inkişaflara ehtiyac olduğunu göstərir. 2021-ci il 9-cu sinif buraxılış imtahanlarını təhlil etmişik, təxmin (ictimai rəyə görə) olunur ki, 2022-ci ilin müvafiq imtahanında da eyni çətinliklər təkrarlanıb.

 

2021-ci ildə Ana dili, Riyyaziyyat və Xarici dil üzrə qız şagirdlər oğlan şagirdlərə nisbətən daha yaxşı nəticə göstəriblər. Bu fərq keçən illərə nisbətən daha çox olub ki, səbəb pandemiya ilə bağlıdır.

 

Görünən odur ki, pandemiyada dəyişən situasiyalara qız şagirdləri daha yaxşı uyğunlaşa bilib. Başqa bir məqam ondan ibarətdir ki, şagirdlərimiz açıq kodlaşan və ya açıq suallara cavab verməkdə ciddi çətinlik çəkirlər.

 

Onlar daha çox qapalı test suallarına meyllidirlər. 2021-ci il 9-cu sinif buraxılış imtahanlarında təqribən 67 faiz şagird açıq kodlaşan suallardan sıfır bal toplayıb. Ana dilindən şagirdlərimizin 34 faizi , Xarici dildən isə 30 faizi açıq suallarda sıfır bal yığıb. Açıq suallar şagirdlərimizdə mühakimə yürütmək, daha çox analiz etmək qabiliyyətləri ölçməyə imkan verir və burada çətinliklərimiz görünməkdədir. Ana dilindən şagirdlərin ən böyük çətinliyi oxuyub anlamaqla bağlı olub.

 

Bu elə bir səriştədir ki, şagirdlər mətni oxuyub, əsas fikri başa düşərək, ona uyğun mülahizələr yürüdüb, müvafiq tapşırıqlara cavab verməlidirlər. Oxuyaraq anlamaq uşaq yaşlarından və ibtidai siniflərdən formalaşmalıdır.

 

Bu səriştəni qısa müddətdə, 2 il ərzində repetitor yanına gedərək formalaşdırmaq çox çətindir. Bunun üçün şagirdlər davamlı olaraq çoxlu və müqayisəli kitab oxumalı, sinif yolşadları ilə oxuduqlarını birgə müzakirə etməlidirlər.

 

Oxuyub-anlamaq həm də birinci sinifdən tələb olunan məzmun xəttidir. Müəllimlər birinci sinifdən bu məzmun xəttinə uyğun işlərini düzgün qurmalıdırlar ki, şagirdlərdə bu səriştə formalaşsın. Riyaziyyatda isə çətinlik çəkilən suallar daha çox həndəsə, ədədlər və əməllərlə bağlı olub.

 

Həndəsə səriştələri ortaya çıxarmaq üçün çox geniş imkanlara malik fənndir. Orada kordinat müstəvisi üzərində çevrəyə toxunanların çəkilməsi, müxtəlif həndəsi fiqurların orijinallarının göstərilməsi kimi suallarda şagirdlər çətinlik çəkib. Bu da açıq suallarda özünü göstərib. Şagirdlərimizin müxtəlif məlumatları, bilikləri ardıcıl və birgə analiz edərək mühakimə yürütmə səriştələri aşağı olub.

 

Xarici dildə isə daha çox problem dinləyib anlamada olub. Dinləyib anlamaq ümümiyyətlə dilin öyrənilməsi üçün çox vacib alətdir. Bu səriştə üzrə də sualları yaxşı yazmaq üçün uşaq yaşlarından şagirdlər istər müəllimlər vasitəsilə, istər valideynlər, istərsəd də yuxarı siniflərdə özləri müxtəlif mövcud xarici dil, ingilis dili resurslarından istifadə edərək davamlı olaraq dinləmələrlə məşğul olmalı və bunu müzakirə etməyə çalışmalıdırlar. Müəllimlər də burada böyük rol oynamalı, dərsi həmin dildə apararaq, vacib olan mühiti yarada bilməlidirlər. Bu səriştə də repititorlar vasitəsilə qısa müddət ərzində formalaşan deyil.

 

Ümumiyyətlə,iproblemlərdən qorxmamalıyıq, onları müzakirə etməkdən çəkinməməliyik. Çünki ildən ilə imtahanlar və onlara olan tələblər dəyişir. Açıq sualların olması yaxşıdır.  Çünki bu şagirdlərdə vacib olan səriştələri ortaya çıxarır.

 

- İmtahan sualları ilə bağlı nə deyərdiz? Onların qoyuluşu, keyfiyyət quruluşu və testin strukturu qane edicidirmi?

 

- Təhsil İnstitutu olaraq imtahan suallarını təhlil edirik və bütün fikirlərimizi elmi statistik təhlillə əsaslandırırıq. Təhlillər zamanı biz müxtəlif sual variantlarının etibarlılıq dərəcələrini ölçürük. İmtahan və test ümumiyyətlə ölçmə alətidir. Şagirdlər isə ölçülən tərəfdir. Həmin o ölçmə alətinin nə qədər etibarlı olduğunu təhlillər vasitəsilə müəyyən edə bilirik. Eləcə də həmin sualların məlumatlılıq əmsallarını təhlil edirik. Bu isə tapşırıqların şagird şkalasına uyğun olub-olmamasını göstərir.

 

Eyni zamanda istər qapalı, istərsə də açıq suallarda orta ballara baxırıq. Ayrı-ayrı tapşırıqların ayırdetmə əmsallarına baxırıq. Ola bilsin ki, sual çox yaxşıdır və heç bir səhvlik yoxdur. Lakin bal yaxşı şagirdi pis şagirddən, yaxud yaxşı şagirdi əladan ayıra bilmirsə, o zaman o sualın istifadə olunmasına ehtiyac yox imiş.

 

Sual yaxşı olsa da, imtahan zamanı işləməyib. Davamlı olaraq biz bu göstəricilərə baxırıq. Keçən ilin suallarının təhlilləri göstərir ki, ümumilikdə testlərdə etibarlılıq meyarları kifayət qədər qorunub. Bu istiqamətdə problem aşkar olunmayıb.

 

Elə məqamlar da var ki, onları yaxın günlərdə Dövlət İmtahan Mərkəzindəki həmkarlarımızla müzakirə etməyə başlayacağıq. Ümumi tövsiyyəmiz isə odur ki, imtahanlarda yalnız və yalnız aprobasiyadan keçmiş suallardan istifadə edilməlidir.

 

Bu o deməkdir ki, sınaq imtahanları zamanı suallar aprobasiyadan keçməlidir. Suallara sınaq zamanı ən azı 2000-3000 şagird cavab verəndə, biz sualın səviyyəsini, məlumatlılıq dərəcəsini, ayırdetmə əmsalını biləcəyik. Buna yalnız sınaq vaxtı baxmaq lazımdır. Başqa cür, hətta ekspertlər belə bunu ayırd edə bilməz. (bizim.media)