Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-19 17:10:00
Tanınmış yazıçı-publisist müəllim və tələbələrlə görüşüb

Mingəçevir Dövlət Universitetinin (MDU) təhsil fakültəsində Əməkdar jurnalist, tanınmış yazıçı-publisist Varis Yolçiyev ilə görüş keçirilib. Görüşdə fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, tanınmış yazıçının universitetin tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmasından məmnunluğunu bildirən təhsil fakültəsinin dekanı Nizai Zeynalov onun zəngin yaradıcılığından bəhs edib.

 

V.Yolçiyevin Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında qızıl medala layiq görülən, London ədəbi mükafatının qısa siyahısına düşən “Metamorfoz”, Nyu-Yorkda Dünya Yazıçıları Konqresində pitçinqi keçirilən “77-ci gün”, Türkiyədə ən populyar kitablar siyahısında yer alan “Son məktub”, Özbəkistanda ən çox satılan kitablar sırasında 2-ci yerə yüksələn “Sənə inanıram”, Rusiyada Moskva Ədəbiyyat Mükafatı qazanan “Yanvarın 13 günü” romanları söhbət mövzusu olub.

 

V.Yolçiyev görüşdə ədəbi, ictimai və təşkilati fəaliyyəti ilə bağlı təcrübəsini tələbə gənclərlə bölüşüb, onlara bilik və bacarıqlarını artırmaları üçün müvafiq tövsiyələrini çatdırıb və iştirakçıların çoxsaylı suallarını cavablandırıb.