Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 17:32:00
Sabah Təhsil İnstitutunda “Açıq qapı” günü təşkil olunacaq  

Təhsil İnstitutu dissertantura və doktoranturaya qəbul olmaq istəyən şəxslər üçün aprelin 19-da növbəti “Açıq qapı” günü keçirəcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, “Açıq qapı” günündə alim olmağa hazırlaşan iddiaçıların sualları cavablandırılacaq. Həmçinin ixtisas seçimi və digər istiqamətlərdə onlara dəstək göstərilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, doktorantura və dissertanturaya sənəd qəbulu mayın 5-dək davam edəcək.