Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 15:32:00
Bağçalara işəqəbulun test mərhələsinə bu mövzular salınacaq-DİQQƏT!

 

 

Məktəbəqədər təhsil üzrə 4 inkişaf  sahəsinə uyğun tədris olunan məşğələ növləri də imtahana salınacaq. Bu uşaqların yetişməsində tam əhatəli olan əsas inkişaf sahələridir.

 

Bu sözləri  AzEdu.az-a açıqlamasında  Təhsil İnstitutunun şöbə müdiri Laləzar Cəfərova deyib.

              

Laləzar Cəfərova məktəbəqədər təhsil üzrə 4 inkişaf sahəsinin hansılar olduğuna aydınlıq gətirib 

 

“Məktəbəqədər təhsildə 4 inkişaf sahəsi nəzərdə tutulub. Bunlar fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakın inkişafı, estetik-yaradıcı inkişaf, sosial-emosional inkişaf”.

 

 

Söbə müdiri sonda qeyd edib ki, “Məktəbəqədər təhsil müəssisələrində keçirilən bütün məşğələlər bu  sahələrinin inkişafına xidmət edir. Buraya metodikalar aiddir”.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları