Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 11:34:00
Təsviri incəsənət fənnini tədris edən müəllimlər üçün vebinar təşkil olunacaq  

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi “Refleksiv müəllim” layihəsi əsasında təsviri incəsənət fənnini tədris edən müəllimlər üçün aprelin 18-i saat 15:00-da vebinar keçirəcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, layihənin əsas məqsədi müəllimlərdə pedaqoji refleksiya bacarıqlarını formalaşdırmaq, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirmək, dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı onlara dəstək olmaqdır.

 

Vebinarda iştirak etmək istəyən müəllimlər aprelin 18-i saat 12:00-dək https://forms.gle/NMKCWm6wUuZYnXUP6 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.