Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-15 11:44:00
“Kurikulum yaxşı sistemdir və daha da güclənəcək” – Etirazlara cavab

 

 

 “Bir çox şəxslər elə bilir ki, kurikulum ləğv edilib. Lakin proses bu şəkildə baş verməyib, sadəcə olaraq kurikulum dəyişilmə mərhələsi ilə əvəzlənib. Çünki həmin sistem əvvəl 3-6 yaş üçün nəzərdə tutulmuşdu. İndi isə dünya standartlarına uyğun olaraq, 1-6 yaş aralığı şəxslər  üçün keçiriləcək”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

 

 

Belə ki, Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nı təsdiqləyib.

 

Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyinin 10  iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

 

 

Adil Vəliyev məsələnin bəzi hallarda yanlış anlaşıldığını vurğulayıb:

 

 

“Bir çox şəxslər elə bilir ki, kurikulum ləğv edilib. Lakin proses bu şəkildə baş verməyib, sadəcə olaraq kurikulum dəyişilmə mərhələsi ilə əvəzlənib. Çünki həmin sistem əvvəl 3-6 yaş üçün nəzərdə tutulmuşdu. İndi isə dünya standartlarına uyğun olaraq, 1-6 yaş aralığı şəxslər  üçün keçiriləcək. 2012-ci ildən 3-6 yaş qrupunda   kurikulumun olması üçün qərar qəbul edilmişdi. Lakin bu ildən onu daha da təkmilləşdirmək üçün 1-6 yaş  nəzərdə tutuldu. İnsanlar deyə bilər ki, 1 yaşında uşaq kurikulumu necə mənimsəyəcək, lakin bu dərs keçmək anlamına gəlmir, burada uşağın öyrənmə, onun sosial  inkişafı kimi amillər nəzərdə tutulur. Çünki insana 1 və 2 yaşında nə öyrədilirsə, bunlar kurikulumda nəzərdə tutulub. Valideynlər uşağa bu yaş aralığında həyatla bağlı ilkin bilikləri mənimsədirlər. Kurikulum yaxşı sistemdir, sadəcə olaraq  biz onu mükəmməl səviyyədə mənimsəyə bilmirik. Yaxşı anlamayanlar çox olduğu üçün də onu yaxın buraxmaq istəmirlər. Ona görə hər dəfə belə baltalama kimi işlər meydana gəlir. Lakin bu sistem  1 yaşından  ali məktəbə kimi olan mərhələni əhatə edir. Universitetlər isə bu prosesi bizə müfəssəl şəkildə öyrədirlər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları