Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-12 15:32:00
Nazirlik bağçalara marağı zəiflətmişdi, çünki...”-Sona Əliyevadan irad

 

 

“2012-ci ildə məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinin tərkibinə verilmişdi. Lakin metodiki nəzarət hissəsi Təhsil Nazirliyinin üzərində qalmışdı. Maliyyə olmayan yerdə maraq da olmur, belə olduqda Təhsil Nazirliyi birmənalı olaraq  məktəbəqədər təhsil müəssisələrinə nəzarəti bir qədər zəiflətdi.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında     tanınmış təhsil mütəxəssisi Sona Əliyeva deyib.

 

Belə ki, Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nı təsdiqləyib.

 

Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

 

Təhsil İnstitutuna (Rüfət Əzizov) “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.

 

Sona Əliyeva qərarın effektiv olub-olmayacağı ilə bağlı fikirlərini ifadə edib:

 

“2012-ci ildə məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinin tərkibinə verilmişdi. Lakin metodiki nəzarət hissəsi Təhsil Nazirliyinin üzərində qalmışdı. Maliyyə olmayan yerdə maraq da olmur, belə olduqda Təhsil Nazirliyi birmənalı olaraq  məktəbəqədər təhsil müəssisələrinə nəzarəti bir qədər zəiflətdi. Faktiki olaraq dövlətin ayırdığı vəsait ilə bu təhsil müəssisələrində kurikulumlar hazırlandı. Buna müəyyən vəsait xərcləndi və pilot layihə kimi təqdim edildi. Bu,   icra hakimiyyətləri tərəfindən tətbiq belə edilməyib.

 

Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrini icra hakimiyyətindən alan kimi bunu etməsi bir növ bu təhsil müəssisələrinin necə gəldi fəaliyyət göstərə bilməsinə səbəb olacaq. Buradan görünür ki, bu müəssisələrin yalnız maliyyə əli dəyişib.

 

Mən kənardan müşahidə olunanı demək istəyirəm. Hansısa proqram qəbul olunduqda onun tətbiqi üçün pilot layihə   yaradılmalı, sonra isə  monitorinqi aparılmalı və bununla bağlı hesabat hazırlanmalıdır. Bu, təkcə təhsil deyil bütün digər proqramlarda da belədir. Hər birində yoxlanılma mərhələsi olmalı və onun hesabatlığı aparılmalıdır”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları