Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-15 17:29:34
Abituriyentlər ixtisas seçimi zamanı ən çox nəyə diqqət edirlər? – AzEdu.az-dakı sorğunun gözlənilməz nəticəsi

Ali məktəblərə qəbul imtahanında müvafiq şərtləri ödəyən abituriyentlər üçün ən önəmli mərhələrdən biri də məhz ixtisas seçimidir. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçimi iyulun 30-da başlayıb və avqustun 14-ü başa çatıb. Bu, qəbul imtahanından sonrakı ən çətin və məsuliyyətli mərhələdir.


AzEdu.az “ixtisas seçimi zamanı ən çox nəyə diqqət edirsiniz?” - sualı ilə sorğu keçirib.

Sorğuda yüzlərlə abituriyent iştirak edib. Onların 34%-i öz arzu və istəklərinə əsasən, seçim etdiklərini qeyd ediblər. Sorğu iştirakçılarının 26.4% -i isə ”Topladığım bal hara düşsə, oranı seçəcəm” variantını seçiblər.

Sorğuya əsasən, abituriyentlərin 12%-i də  ixtisasa uyğun iş yerlərinin sayını araşdıraraq seçim edirlər. 

Sorğunun nəticələrini təqdim edirik:

1. Öz arzu və istəklərimə - 34%
2.”Topladığım bal hara düşsə, oranı seçəcəm” - 26.4%
3. İxtisasa uyğun iş yerlərinin çoxluğuna - 12%
4. Gələcəkdə daha çox əməkhaqqı vəd etməsinə - 9.2%
5. İxtisasın nüfuzuna – 6.4%
6. Seçdiyim ixtisasın Bakıda yerləşməsinə - 4.4%
7. Valideynlərimin arzu və istəklərinə - 4%
8. Xüsusi təyinatlı olub-olmamasına – 3.6%