Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-15 15:38:00
Ali məktəblərə qəbulun nəticələri gün ərzində açıqlanacaq

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur. 

AzEdu.az xəbər verir ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçimi iyulun 30-da başlayıb və avqustun 14-ü başa çatıb.