Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-13 11:56:00
İmtahanında 27 nəfər fiziki məhdudiyyətli şagird iştirak edəcək  

Bu gün Bakı şəhərinin Pirallahı, Xətai rayonlarında, Abşeron, Ağcabədi, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Quba, Salyan, Samux, Şamaxı, Şəmkir, Yardımlı və Zərdab rayonlarında, Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, bu gün, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərinin, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblərin, Çilov adasında yerləşən məktəbin, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan verirlər.

 

İmtahanda 27 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

 

Bugünkü imtahanda ümumilikdə 19 min 418 şagirdin iştirakı nəzərdə tutulur.