Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-05 17:14:00
MDU-nun voleybol komandası şəhər turnirinin qalibi olub  

Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş təhsil müəssisələri arasında voleybol üzrə şəhər turniri keçirilib.

 

AzEdu.az xəbər verir ki, universitetin İdman-sağlamlıq kompleksində baş tutan turnirdə MDU, Mingəçevir Turizm Kollecinin tələbələri, Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbi və Mingəçevir şəhər 14 saylı tam orta məktəbin şagirdlərindən ibarət komandalar mübarizə aparıblar. Şəhər turnirini qalibiyyətlə başa vuran MDU komandasının üzvləri kubok və diplomlarla mükafatlandırılıblar.