Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-16 11:51:00
Təhsil Nazirliyindən MİQ-in vakant yerləri ilə bağlı AÇIQLAMA

"Ötən il 8000-ə yaxın vakansiya elan edilmişdi. Tədris ili müddətində də əlavə 5000 yer ayrıldı. Ümimilikdə 13 minə yaxın vakansiya elan olunmuşdu".

 

 AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov online brifinqdə deyib:

 

“Demək olar ki, eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək. Müsabiqənin keçirilməsi prosesi iyulda aşlayıb avqusta kimi davam edir. Tədris ilinin əvvəlinə kimi müsabiqə başa çatmalı və bütün vakant yerlər tutulmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları