Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-14 17:06:00
İntihar edən tələbənin nə kimi   problemləri olub? – Universitetdən açıqlama

 

 

ADNSU-nun Mexantronika və robot mexanika mühəndisliyi ixtisasının  tələbəsi, 20 yaşlı Xədicə Adıyeva yaşadığı Şüvəlan kəndindəki evinin həyətində intihar edərək həyatına son qoyub.

 

Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov AzEdu.az-a açıqlamasında hadisə ilə bağlı tələbənin ailəsi ilə əlaqə saxlanıldığını bildirib:

 

“Ailəsi və yaxınları ilə əlaqə saxladıq, konkret bir səbəb göstərmədilər. Sadəcə son bir il ərzində tələbənin özünə qapandığını bildirdilər. Dərsləri ilə bağlı hər hansı bir problem yox idi. Birinci kursda 1 semestrlik tədris müddətindən sonra pandemiya səbəbilə növbəti tədris müddəti 3 semestr ərzində dərsləri onlayn formada keçirilmişdi. 2021-2022-ci tədris ilindən etibarən yenidən ənənəvi tədris bərpa olundu. Hətta son imtahan sessiyasını da normal qiymətlərlə başa vurmuşdu”

 

Qeyd edək ki, Xədicə Adıyeva universitetin III kursunda təhsil alırdı.