Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-07 11:03:00
Quba rayonunda tələbələr üçün qış düşərgəsi təşkil olunub  

Təhsil İnstitutu Quba rayonunda tələbələr üçün qış düşərgəsi təşkil edib.

 

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Düşərgənin açılışında iştirak edən institutun direktoru Rüfət Əzizov tələbələrə təqdimatında riyaziyyat elminin əhəmiyyəti, riyaziyyat və iş dünyası arasındakı əlaqədən danışıb, riyaziyyatın həyatla əlaqəsini interaktiv şəkildə izah edib. O, həmçinin dizayn təfəkkürü və onun hissələri haqqında çıxış edib, ənənəvi təfəkkürün fərqlərini izah edib. Eyni zamanda, əzmkarlıq və mükəmməllik, proseslərin standartlaşdırılması və prosedurlar haqqında danışaraq müxtəlif beynəlxalq idarəetmə və keyfiyyətə nəzarət sistemlərindən nümunələr verib.

 

Düşərgədə gün boyunca maraqlı və əyləncəli tanışlıq, tələbələr arasında komanda oyunları formatında informasiya mübadiləsi həyata keçirilib. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunub.

 

Qış düşərgəsi fevralın 13-dək davam edəcək.