Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 13:28:00
Abituriyentlər oturub bugün hansı yeni qərar veriləcək deyə gözləyirlər-Təhsil eksperti

Abituriyentləri, müəllim və valideynləri ən çox düşündürən və qayğılandıran məsələ buraxılış imtahanlarının Mart ayından başlanmasıdır. Nə üçün Martdan başlanacaq?

 

AzEdu.az təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasisin fikirlərini təqdim edir:

 

“Blok imtahanları keçirilənədək buraxılış imtahanlarının cavabları elan olunmalı və abituriyent həmin bala uyğun müəyyən hazırlıq prosesindən keçməlidir. İmtahan aprel ayında keçirilsəydi, cavablar mayda elan olunmayacaqdı, çünki yoxlanış prosesi uzun çəkir. Xüsusi marker müəllimlər cavabları tək-tək yoxlayırlar. Bu da vaxt aparır”

 

Ekspert pandemiyanın təhsilə etdiyi təsirdən də danışdı:

 

“Pandemiya bütün sahələr kimi təhsilə də güclü təsirini göstərdi. Şagirdlər oturub hər gün yeni qərar veriləcəyini gözləyir.Məsələn, ötən ilin sentyabrında abituriyentlər ixtisas seçimi ilə məşğul idilər. Proses çox ləngimişdi”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları