Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-31 11:36:00
Bakıda 45 nömrəli məktəbdə distant tədrisin müddəti uzadılıb

Paytaxtdakı 45 nömrəli məktəbdə distant təhsilin müddəti 7 gün uzadılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib

 

Qeyd edək ki, 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdirilir. Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin distant təhsillə əvəz olunmasına qərar verilmişdi.