Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-19 13:16:00
Dövlət ali təhsil müəssisələrində oxuyan tələbələrin 50,5 faizi təqaüd alır    

2021-ci ildə ölkənin ali təhsil müəssisələrinə 46 min nəfər tələbə qəbul olunub və qəbul genişprofilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,2 faiz olub ki, onların da 77 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

 

Dövlət Statistika Komitəsindən bildirilib ki, hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 50,5 faizi təqaüd alır. Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 82 xarici ölkədən 6,4 min tələbə də təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan İslam Respublikası, Hindistan və Çinin vətəndaşları üstünlük təşkil edirlər. 2021/2022-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 717 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 29 faizi Bakı, 71 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Latviyanın ali təhsil müəssisələrində təhsil alır.