Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 12:13:00
Universitetlərdə əmək haqqı icra göstəricilərinə görə deyil, vəzifəyə görə təyin edilir-Ədalət Muradov

 

“Universitetlərdə əmək haqqı hələ də icra göstəricilərinə görə deyil, vəzifəyə görə müəyyən edilir”

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov qeyd edib.

 

Rektor universitetlərdə əmək haqqı sisteminin tətbiqinə diqqət çəkib:

 

“Universitetlərdə istər professor-müəllim heyətinin, istərsə də inzibati işçilərin əmək haqqı sistemində sovetlərdə mövcud olan “uravnilovka”, yəni eyni vəzifə tutanlara bərabər əmək haqqı sistemi hələ də tətbiq edilir. Başqa sözlə, əmək haqqı icra göstəricilərinə görə deyil, vəzifəyə görə müəyyən edilir”.