Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 10:00:00
ADNSU-da “ERASMUS+” proqramları haqqında məlumat günü keçirilib

Yanvarın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “ERASMUS+” proqramları haqqında təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlimdə Azərbaycan Milli ERASMUS+ ofisinin direktoru Pərviz Bağırov ERASMUS layihələri haqqında təqdimatla çıxış edib. O, ERASMUS layihələrinə müraciət qaydaları, proqramın əsas istiqamətləri, yerli və xarici universitetlərin layihədə iştirakı, həmçinin yeni layihələr və perspektivlər haqqında geniş məlumat verib. Avropa İttifaqı (Aİ) ölkələrinin ali təhsil strukturları ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsində “Erasmus+” proqramının və Aİ tərəfindən dəstəklənən digər təhsil proqramlarının imkanlarından səmərəli istifadənin zəruriliyindən danışan P.Bağırov bu istiqamətdə Azərbaycan universitetlərinin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.

 

İnteraktiv formatda keçirilən görüşdə iştirakçıların sualları cavablandırılıb və yeni perspektivlərin icrası barədə müzakirələr aparılıb.

 

Qeyd edək ki, tədbir ERASMUS+ proqramının Azərbaycan universitetlərinə yaratdığı imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, HORİZON 2020, Jean Monnet) və onlara qəbul şərtləri ilə bağlı ali məktəblərdə maarifləndirmə  və professor-müəllim heyətinin layihələrin yazılmasına cəlb etmək məqsədi daşıyır. Həmçinin ERASMUS+ proqramı 4 milyon insana təhsil almaq, iş təcrübəsi toplamaq və xarici ölkədə könüllü fəaliyyəti ilə məşğul olmaq imkanı verir,