Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-12 16:56:00
Kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət olunurlar

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

 

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib.

 

Namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.

 

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) yanvarın 19-dək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.