Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-12 13:20:00
UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər aparılır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.

 

AzEdu.az xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektor bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən islahatlar nəticəsində bazar iqtisadiyyatı formalaşıb. Amma ali təhsil sisteminin və o cümlədən ali təhsil müəssisələrinin strukturunda hələ də sovet komanda sistemində formalaşmış iqtisadiyyatın sahəvi idarəetmə sisteminə xas olan mirası görmək mümkündür.