Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 17:59:00
BP şirkəti Məzunların işə qəbulu və təcrübə proqramına qəbula start verir  

BP şirkəti 2022-ci il üçün Məzunların işə qəbulu və növbəti təcrübə proqramına başlayır.

 

AzEdu.az xəbər verir ki, bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2023-cü ildə bitirəcək bütün tələbələr aşağıdakı ixtisaslar üzrə 2022-ci il təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər:

 

  • Mexanika mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • Neft-qaz və rezervuar mühəndisliyi
  • Biznesin təşkili və idarə edilməsi
  • Kimya mühəndisliyi
  • Geologiya
  • Mühasibatlıq
  • Boru kəməri mühəndisliyi
  • Maliyyə
  • İnşaat mühəndisliyi
  • Geofizika
  • Kommersiya
  • Mədən/Metallurgiya
  • Biostratiqrafiya
  • İqtisadiyyat
  • Proses mühəndisliyi
  • Yer elmləri
  • Verilənlər haqqında elm (Data Science)

2020, 2021, 2022-ci illərin bakalavr və magistr məzunları isə 2022-ci il məzunların işə qəbul proqramı üçün aşağıdakı ixtisaslar üzrə ərizələrini təqdim etmək imkanına malikdirlər:

  • Biostratiqrafiya
  • Kommersiya
  • Neft-qaz və rezervuar mühəndisliyi
  • Yer elmləri
  • İqtisadiyyat
  • Geologiya
  • Verilənlər haqqında elm (Data Science)
  • Boru kəməri mühəndisliyi
  • Biznesin təşkili və idarə edilməsi
  • Mühasibatlıq
  • Geofizika
  • Maliyyə

Məzunların işə qəbulu və təcrübə proqramları ilə bağlı daha ətraflı məlumatı https://www.bp.com/en/global/corporate/careers/students-and-graduates/locations/azerbaijan.html linkindən əldə etmək mümkündür.

Müraciət üçün son tarix 31 yanvar 2022-ci ildir.