Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-10 10:36:00
Tələbə xərçəng səbəbindən dünyasını dəyişdi 

Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi vəfat edib.

 

Bu barədə AzEdu.az-a LDU-nun mətbuat katibi Esmira İsmayılova məlumat verib.

 

Qeyd olunub ki, LDU-nun "Tarix-coğrafiya və incəsənət" fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının V A qrupunun tələbəsi Maral Anar qızı Quluzadə uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

 

Bildirilib ki, Lənkəran Dövlət Universitetin rəhbərliyi tələbə M.Quluzadənin vaxtsız vəfatından hədsiz kədərləndiyimizi bildirir, LDU-nun professor-müəllim-tələbə heyəti adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin...