Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-05 14:21:00
BMU-da qış imtahan sessiyasına start verilib  

Bakı Mühəndislik Universitetində (BMU) payız semestrinin qış imtahan sessiyası başlayıb.

 

AzEdu.az xəbər verir ki, imtahanlar mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilib. Belə ki, hər bir otağa düşən iştirakçı sayı sosial məsafə prinsipinə əsasən tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

 

Payız semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları operativ şəkildə aradan qaldırmaq məqsədilə Apellyasiya Komissiyası yaradılıb. Bununla yanaşı, imtahan  sessiyasının gedişinə nəzarət etmək, daxil olan şikayətlərin dərhal araşdırılmasını, cavab kağızlarının kodlaşdırılmasını, həmçinin müəllimlər tərəfindən yoxlanılmasını icra etmək üçün Qərargah və işçi qrupu da fəaliyyət göstərir.

 

Tələbələrin fənlər üzrə imtahanqabağı ballarının BMU-nun Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə əldə olunan bütün qiymətləndirmə məlumatları imtahana qədər sistemdə tam əks edilib. İmtahan nəticələri isə imtahan keçirilən gün fənn müəllimləri tərəfindən Elektron Məlumat Sisteminə yerləşdirilir.

 

Qeyd edək ki, imtahan sessiyası fevralın 1-nə kimi davam edəcək.