Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 10:56:00
Gələn il keçiriləcək TOEFL iBT və GRE imtahanlarının tarixləri açıqlanıb  

Dövlət İmtahan Mərkəzində (DİM) 2022-ci ildə müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq ETS-nin (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) beynəlxalq TOEFL iBT və GRE imtahanlarının keçirilməsi davam etdiriləcək.

 

Bu barədə AzEdu.az-a DİM-dən bildirilib. İmtahanlar DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunur.

 

Xatırladaq ki, DİM ABŞ-ın ETS təşkilatının dəstəyi ilə 2016-cı ilin dekabrından kompüter əsaslı TOEFL iBT, 2020-ci ilin martından isə GRE imtahanını təşkil edir.

 

Digər beynəlxalq imtahanların tarixləri müəyyən olunduqdan sonra DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunacaq. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.

DİM-də gələn il keçirilməsi nəzərdə tutulan TOEFL iBT və GRE imtahanlarının tarixləri ilə posterlərdən tanış olmaq mümkündür.