Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 10:28:00
ADNSU-nun Tələbə Gənclər Təşkilatına yeni sədr təyin olunub

Dekabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatına (TGT) yeni sədr təyin olunub. Bu münasibətlə ADNSU-nun Tərbiyyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Ümumi işlər üzrə prorektor Elnur İsmayılov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) katibi Orduxan Qəhrəmanzadə, həmçinin universitetin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, dosent Ata Babayev tədbir iştirakçılarını ADNSU-nun rektoru, professor Mustafa Babanlının adından salamlayaraq Tələbə Gənclər Təşkilatının  yeni sədrinə uğurlar arzu edib. Universitetin Tələbə Gənclər Təşkilatının keçmiş sədri Müqəddəs Əzizzadə hesabat məruzəsi ilə çıxış etdikdən sonra yeni seçilmiş sədr, ADNSU-nun “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin 3-cü kurs tələbəsi Rüfət Rüstəmov bir gənc kimi plan və hədəflərindən danışıb, ona göstərilən etimada görə müəllimlərinə və tələbə yoldaşlarına təşəkkür edib.

 

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) katibi Orduxan Qəhrəmanzadə gənclərin, xüsusilə tələbələrin cəmiyyətimizdəki rolunundan söz açaraq bu istiqamətdə universitetlərin tələbə gənclər təşkilatları ilə iş birliyinin vacibliyini qeyd edib.