Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 09:20:00
UNEC-in dünya çempionu olan tələbəsi fəxri fərmanla təltif edilib  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov dünya çempionu adını qazanmış və 4 yeni dünya rekorduna imza atmış Biznes və menecment fakültəsinin IV kurs tələbəsi Hüseyn Hüseynli ilə görüşüb.

 

AzEdu.az xeber verir ki, rektor H.Hüseynlini dünya çempionu adını qazanması və dünya rekordunu yeniləməsi münasibətilə təbrik edərək, onunla qürur duyduğunu bildirib və yeni-yeni uğurlar arzulayıb.

 

Təbriklərə görə rektora təşəkkürünü bildirən Hüseyn Hüseynli yarış barədə məlumat verib. Bildirib ki, o, dekabr ayında Moskvada keçirilən “Pauerliftinq” və “Bench Press” yarışlarında 52 kq çəki dərəcəsində toplam olaraq 355 kq ağırlıq qaldırıb. Bu göstərici ilə o, dünya çempionu olub, eyni zamanda, 4 dünya rekordunu yeniləyib.

 

H.Hüseynli gələcək karyera planlarından da söz açıb. O, UNEC kollektivi ilə döyüş bölgələrinə səfər etdiyini diqqətə çatdıraraq, gələcəkdə zabit olmaq istədiyini deyib.

Sonra rektor dünya çempionuna UNEC-in fəxri fərmanını təqdim edib.