Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-28 17:10:11
TƏBİB: "Son aylarda ölüm və yoluxma sayı azalıb"  

"Bu ilin son ayının 4 həftəsində yoluxmalar arasında 59 %, ölüm sayında 39 % azalma müşahidə olunub".

 

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

"Ölkədə yenə də pozitiv nəticələr Bakı və Abşeronda olub. Bakıda daha çox Xətai və Binəqədi rayonu ərazisində qeydə alınıb. Ölkədə stabil olaraq qiymətləndiririk, vəziyyət nəzarət altındadır", - o əlavə edib.

report