Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-28 15:30:00
Rektor Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru Şamil Nurullayevlə görüşüb.

 

AzEdu.az xəbər verir ki, rektor yeni tələbə-rektoru seçkidə qalib gəlməsi münasibətilə təbrik edib. Vilayət Vəliyev bildirib ki, AzTU-da tələbə-rektor vəzifəsi 2019-cu ildə təsis olunub. Tələbə-rektor bir il müddətinə seçilir və  ona verilən səlahiyyətlər çərçivəsində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edir. Vilayət Vəliyev yeni tələbə-rektora fəaliyyətində uğurlar arzulayıb.

 

Qeyd edək ki, AzTU-nun yeni tələbə-rektoru Şamil Nurullayev Maşınqayırma və robototexnika fakültəsinin 3-cü kurs tələbəsidir.