Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-28 15:01:00
2023-cü il üçün I qrupla bağlı yeni QƏBUL PROQRAMI hazırlanıb  

Dövlət İmtahan Mərkəzinin yaratdığı işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlayıb.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular daxil edilib.

 

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

 

Qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycan və rus dillərində) tanış ola bilərsiniz.