Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-28 14:49:00
AzTU-nun yeni tələbə-rektoru seçilib

Dekabrın 28-si Tələbə Senatının iclasında tələbə-rektor seçkisinin sonuncu mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, qaydalara görə, Senatın hər bir üzvünün özünə və digər namizədə (bir nəfər) səsvermə hüququ var. Səsvermənin nəticəsinə əsasən, Nurullayev Şamil Hikmət oğlu 4 səs, Allahyarlı Eltac Elşad oğlu 3 səs, Qurbanlı Günay Tahir qızı 2 səs, Gebekbəyov Emil Mahir oğlu 2 səs, digər üzvlər isə hər biri 1 səs toplayıb.

 

Beləliklə, Maşınqayırma və robototexnika fakültəsinin 3-cü kurs tələbəsi Nurullayev Şamil Hikmət oğlu səs çoxluğu ilə 1 il müddətinə AzTU-nun tələbə-rektoru seçilib.