Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-27 11:30:00
Aqrar sığorta eksperti sertifikatı almaq istəyənlər üçün imtahanın II mərhələsinə qeydiyyat davam edir  

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq üçün keçirilmiş test imtahanının I mərhələsində müvəffəqiyyət qazanaraq Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərə cəlb olunmuş namizədlərin test imtahanının II mərhələsində iştirak üçün qeydiyyatı dekabrın 28-i saat 13:00-dək davam edəcək.

 

AzEdu.az xəbər verir  ki, imtahanın II mərhələsi dekabrın 29-da saat 10:00-da Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada keçiriləcək.

 

Namizədlər “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsinə onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

 

İmtahanın II mərhələsi Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair sualları əhatə edir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 120-dir. 84 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.