Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-24 12:35:00
Nazir-Direktorların valideynlərdən maddi-resurs toplaması qeyri-qanunidir

 

 

“Hər hansı şəxslərin məktəbdə dırnaqarası pul yığması yolverilməzdir”.

 

 AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev İctimai televiziyanın "Diqqət mərkəzi" verilişində çıxışı zamanı deyib.

 

 “Məktəb direktorları, Təhsil Nazirliyinin əməkdaşları, yaxud təhsili idarə edən hər hansı şəxslərin məktəbdə dırnaqarası pul yığması, yaxud maddi resursları valideynlərdən toplaması birmənalı olaraq qeyri-qanunidir. Hesab edirəm ki, biz məktəblərə resurs cəlb oluna bilər fikrini səsləndirəndə və bu könüllü əsasda olmalıdır dedikdə bu, məktəb direktoru, yaxud hansısa məmur tərəfindən mütləq olmalıdır fikri kimi başa düşülməməlidir. Könüllülük çox vacib məsələdir. Bu da o demək deyil ki, kimsə buna məcbur edilə bilər, sadəcə istəyə bağlıdır”.

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları